Azərbaycanın dahi sənətkarından olan Hüseyn
Cavid öz yaradıcılığı ilə 19-cu və 20-ci əsrlərdə
böyük şöhrət tapmış simalardandır. Onu haqlı
olaraq zamanın güzgüsü adlandırırdılar. Və
bu güzgü bir çox mənfi ünsürlər tərəfindən
sındırılmağa cəhd göstərilsədə bu cəhdlər
puça çıxdı. Çunki dahi sənətkar artıq bütün
reallıqları öz güzgüsündə əks etdirməyə müvəffəq
olmuşdu.
Hüseyn Cavid Molla Abdulla Məşədi Qulu oğlu
1843-cü ildə Naxçıvanın Şahtaxtı kəndində
ruhani aıləsındə dünyaya göz açıb. Atası Məşədi
Qulunu haqlı olaraq “ başı əmmaməli ziyalı”
adlandırırdılar. Məşədı Qulu aşıq şerlərını
və klassik şairlərin əsərlərini sevə- sevə
əzbərləyər, məclislərdə onları muğam üstündə
oxuyardı. Molla Abdulla ruhani silkinə mənsub
bir rövzəxan olsa da, musiqiyə, muğama və
şerə daha çox meyl göstərən mollalardan idi.
Səsinin səlisliyinə və gözəlliyinə görə onu
tez- tez Bakı, ,Şamaxı, Gəncə, İrəvan və Cənubi
Azərbaycan şəhərlərinə dəvət edirdilər.
Molla Abdullanın istək və nıyyətilə böyük
oğlu Məhəmməd İranda ali ruhani təhsili almış
və “ Şeyx “ rütbəsi qazanmışdı. Atasının eyni
təkid və təklifi ilə Hüseyndə əvvəlcə İranda,
sonra Türkiyədə kamil təhsil almışdı. Buradan
göründüyü kimi elm Molla Abdulla ailəsinin
əsas qayəsi idi. Odur ki, bu nəslin bütün
nümayəndələri elmə xüsusı həvəs göstərmiş
və çoxu müəllim olmuşdur. Hüseyndə həmçinin
...
Bununla yanaşı Hüseyn Cavid həmdə mütəfəkkir
şair, gözəl dramaturq və böyük filosof idi.
İslam aləmində movcud olmuş ideyalar, süfi
meylləri və ümumiyyətlə sufizm təriqəti o
dövrün bir çox yazıçı və şairlərı kimı Hüseyn
yaradıcılığında da özünü biruzə vermişdir.
Onun yaradıcılığına fikir versək görərik ki,
bir çox məqamlar işıqlı cəhətlər sufi təriqətinin
mistik maqamlarını xatırladır, ümumilikdə
isə, Hüseyn Cavid heç bir inama sığmayan şairdir.
O Allah bir olduğu kimi dində, bir olduğuna
inanır, bütün dinləri Hüseyn Cavid fövqündə
durur. Yeganə din arzusuna öz şerində o belə
ifadə edir:
Din bir olsaydı yer üzündə əgər,
Daha. məsud olurdu cinsi bəşər
Hüseyn Cavidin əsərlərindən açıq- aydın görmək
olar ki, o, bəşər övladını xoşbəxt və bəxtiyar
görmək istəyirdi. Onun üçün milliyətindən,
dinindən və mənsubıyyətindən asılı olmayaraq
hər bir insanın bəxtiyarlığı nəticə etibarı
ilə millətlərin son nəticədə isə bəşəriyyətin
bəxtiyarlığıdır.
Onun “Mənim tanrım” şerinə fikir versək bunun
şahidi olarıq.
Hər qulun cahanda bir məkanı var.
Hər əhli- halın bir qibləqahı var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Bənim tanrım gözəllikdir , sevgidir.
Həzz etmədim fırqədən, cəmiyyətdən
Zövq alamam hərbıdən, siyasətdən
Bir şey duymam fəlsəfədən, hikmətdən,
Bənim ruhum gözəllikdir sevgidir.
Bununlada görüruk ki,bu hikmətlərin müəllifi
Hüseyn Cavid l haqq- ədalət yolunu uca tutan
böyük mütəffəkkir idi.