M.T. Sidqinin vəfatı
münasibətilə
Aparır külək hər gün gülüstandan bir gülü,
Ürəyi dağlı, məhzun edir yazıq bülbülü.
Rusiya dövlətində Qafqaz şöbəsində mütəməddini-möhtərəm
və əşxasi-sahibi-qələmdən məhsub olan maarifpərvər
və sədaqətgüstər vücudların birisi də cənab
mərhum və məğfur məşhədi Təqi Sidqi Ordubadidi
ki, filhəqiqə o gunə ərbabi-kamal və əshabi-məqal
şəxslərə Qafqaz torpağı bu az zamanda çətin
pərvəriş vermiş olar, belə ki, ələl-iqtisal
müşarünileyhin pişrəft və rövnəçi mədəniyyətdə
səy və ehtimamı kamil dərəcədə olub, təlim və
tərbiyə ilə əbnayi-vətənin üzlərinə beş-altı
sənə zərfində mərifət qapılarını açıb, təhsili-maarifə
nə dərəcədə tərğib və təşviq qıldı, amma o vücudi-ali
və məsudun şəvval ayının ğürrəsində dünyayi-fanidən
aləmi-cavidani tərəfinə rihlət buyurmağı filvaqe
ərbabi-təməddün və əshabi-maarifdən ötrü mayəyi-hüzn
və məlal oldu. Xəllaqi-mütəəl o mərhumun qəmi-firqətində
rüfəqa və aşinalarına səbr cəmil əta buyursun;
həqiqət, o cənabın vəfatın məhnət-ayatı məsmu
olduqca nari-məhəbbət şöləvər olub, bu neçə
kəlmə əbyatın yazılmasına səbəb oldu:
Dünyadan köçüb getdi hörmətli böyük Sidqi!
Min təəssüf ki, bizdən belə şəxsiyyət getdi!
Dağladı ürəkləri o, öz fərağı ilə,
Könlümüz munisindən bizləri məhrum etdi.
Səməndər kimi qeyrət oduna düşüb yandı,
Rus dövlətində o, belə nöqtəyə çatdı.
Yazaraq nəşr etdiyi maarif yayımilə,
Həyat verdi xalqına, qaranlıqdan çıxartdı.
Xalq inkişafı üçün çox çalışdı, can atdı,
Heç ağla sığmaz ki, o, bunca imkan yaratdı.
Gözəl nəğmələr qoşan bülbül artıq oldu lal,
Həyatdan məhrum olub, fəna həbsində yatdı.
Onun vəfatı ilə yenə cəhalət artdı,
Ucaldı şum nəğmələr, şənlik, sevinclər ötdü.
Həsrət ilə hamının ürəyi doldu qana,
Fəraqilə onların həyat ümidi itdi.
Tövhid gülüstanının gülçini olmuşdur o,
Müqəddəs yol yolçusu olub, o yola getdi.
(“Şərqi-Rus”
qəzeti, № 20, 1904-cü il)
|