Böyük
bir ziyai-əbədi
Bu gün qara torpaq, əcəlin pənceyi-qəhri Qafqaziyanın
Rusiya Türklərinin, daha doğrusu, bütün türk
ünsüri-nəsibinin yorulmayan, qəhrəman və çalışqan
bir övladını ağuşi-əbədisinə alır.
Mirzə Abdulla Məhəmmədzadə (A. Sur), Abdulla
Tofiq imzaların qəzet sütunlarında görüb bilməyən
çox az qare bulunur zənn edirəm.
İştə o fəal gənc getdi. Nakam olaraq tərki-həyat
etdi!
Gəncədə məbadiyi-ülumu təhsil etdikdən sonra
üç sənədən ziyadə İstanbulda ikmali-təhsil ilə
məşğul olub, tarix və əbədiyyatda böyük bir
ləyaqət göstərmiş olan bu dəyərli cavan, əfsus,
minlərcə əfsus ki, dünyadan kam almayaraq, arzularına
yetişməyərək millətinə, vətəninə lazım olan
ən qiymətli bir zamanında millətini, vətənini
tərk etdi, yalnız və yalnız ailə və arxadaşlarının,
əhibba və vətəndaşlarının ürəyinə unudulmaz
bir həsrət qoyub getdi.
Mərhum müşarileyh yaşasaydı, ədəbiyyatımıza
çox böyük mənfəətlər, çox qiymətli əsərlər bəxş
edəcəkdi. Zatən göstərdiyi nümunələr istiqbalının
nə dərəcədə parlaq olduğunu müdəqqiq qarelərə
təslim etdirmişdir zənn edirəm.
Fazili-hünərvər, ədibi-siyasətpərvər İbrahimov
Sənətullabəy əfəndinin mərhum A. Sur haqqında
yazmış olduğu mütaliatı hər kəs oxuyub düşünmüşdür
zənn edirəm. Onun türk dilinə, türk ədəbiyyatına
olan xidmətləri çox parlaq olacaqdı, əfsus ki,
özü söndü, getdi...
Əvət, bu bir sənə zərfində Qafqaz, ulu Qafqaz
sevgili övladlarından üç qiymətli vücud qeyb
etdi.
Birincisi möhtərəm şair mərhum Sabir həzrətləri
idi. Mir mumileyhi Tiflisdən Şamaxıya, yəni
məzari-ədəmə doğru yollandığı sırada görmüşdüm.
O lətif və düşgün sima hala gözümün önündə təcəssüm
edib durur.
Qafqaz öylə nadir vücuda bir də çox çətinliklə
malik ola bilər.
İkincisi vətənpərvər üləmamızdan Hacı Molla
Ruhulla həzrətləri idi ki, ziyai-təhəmmülgüdazı
islam ruhilə bəslənmiş hər bir vətəndaşı məhzun
və dilxun etdi.
Üçüncüsü isə bu iki mərhumun heç birilə qabili-qiyas
olamaz. Çünki onlar kamilən olmasa belə, yenə
az-çox yaşayıb və istədikləri qədər millət və
vətənlərinə ifai-xidmət edə bilmişlərdir.
Bu isə (A. Sur), hənuz yeni-yeni qol-qanad açıb,
təşəbbüsatda bulunub vətən yavruları üçün, onların
tərəqqiyyatı üçün çalışıb-çapalamaqda ikən,
ölüm, o acı həqiqət, o müdhiş qüvvət fürsət
vermədi. Biçarəni aldı götürdü, bu mütəşəbbis,
gənc ədibimizin səbəbi-irtihalına gəlincə, Tiflisdə
iki ay zərfində xəstəxanədə bir neçə dəfə əməliyyati-cərrahiyyə
(operasiya) icra edildikdən sonra qurtulamayaraq
nəhayət, əcəlin ağuşi-dəhşətnakına qovuşmuşdur.
Cənab-həqq validəsinə, qardaşlarına və arxadaşlarına,
dostlarına və vətəndaşlarına səbri-cəmil əta
eləyə...
Hüseyn
Cavid
İdarə:
Bu xəbər dünki qəzetimizin təb makinasına
verildiyindən sonra əlimizə düşdüyünə görə bir
gün təxirə düçar olmuş isə də, cənnətməkan Abdulla
Tofiq haqqında bəzi xatirat və təfsilatı havi
olduğuna görə, dərci əlzəm bilinmişdir.
(“İqbal”
qəzeti, № 59, 14 may 1912-ci il)
|