Uzaq deyil əzizlər,
vərəqlər dönər,
Həyatımız dəyişər, dünya çevrilər!
Bəyani-hal: Ərbabi-kəmal və əshabi-məqal həzrətlərində
müəyyən və müsəlləmdir ki, qədəm qoyduğumuz əsri-haliyyə
islamiyyət aləminə ondördüncü qərn məhsub olur.
Və füsuli-ərbəə tibqində şühur sənaviyə kimi füsul
qürun tərtib vermək və hər üç qərni maarif aləminə
fəsl məlhuz etmək əla səbilül-icəmal mütabiq hal
və müvafiq-məqal görünür və cəmi əşxas təvarixşünas
nəzərində məlumdur ki, sərvəri-nas peyğəmbər axirüz-zəmanın
bisət zamanından üç qərn keçmişə kimi filhəqiqə
aləmi-islamiyyət və gülzari-mərifət üçün bahari-bəhcətşüarimiş.
Belə ki, məzmundur məşhun kəlam, hikmət nizam
həzrəti-xeyrül ənam ki, “Xeyrülqürun qərni” buyurmuşlar
icmalən bu barədə bürhan qatedir.
Bir mərtəbədə ki, Rəsuli-mədəni dünyayi-dənidən
rihlət buyurandan sonra üçüncü qərnin axırına
kimi cəmi bilad içrə məkatib və mədaris təmir
edilib, hər yerdə beqədri-ülum və nəşri-kəmalat
olub, elm təhsilində səy ehtimam edib, maarif
kəsb etməkdə əsla təkahül və təsahül etməyib bir
an ğəflətdə bulunmadılar. Lakin dördüncü və beşinci
qərnə ayaq qoyanda arai müxtəlifə və əqaidi-mütəfərriqə
islam içində müntəşir olub, tərəqqi və pişrəft
aləminə böyük bir mane vaqe oldu.
Yavaş-yavaş gülzari-maarif solub və şəmi-mədəniyyət
xamuş olub doqquz qərn dəxi tabistan və xəzan
və zimistan təbəqində cəhalət və ğəflət ilə keçib,
on ikinci qərnin axırına kimi bu minval üzrə qaldı.
On üçüncü qərn islamiyyət aləminin ikinci baharının
o ili məhsub olduqda “Yevropa” tərəfindən gülşəni-təməddünə
bəhəsəb zahir ixtisarən bir nəsimi-həyatbəxş əsüb
puç və fəna olmuş gül və giyahə tazədən hərəkət
verib fəqət nəşvü nüma məqamına götürdü, yəni
xabinazə getmiş xumar gözlərə bəsirətəfza olub,
ibdaati-ədidə və ixtiraat-cədidəni görməyə mülzəm
və pambuq tıxılmış qulaqları açıb nəqəmət mövzun
və əsvat günagunu eşitməyə məcbur etdi. Həmin
bu beşdən bir hissəsini teyy etdiyimiz 14-cü qərnə
ki, maarif baharının və təməddün gülzarının ikinci
qərni məhsub olur, qərni-tərəqqiyyat və əsri-kəmalat
deyilir ki, ənvar maarif yer üzünü mütləq əhatə
qılıbdır, belə ki, qətəat ərzin bəzi şöbələrində
ələlxüsus Qafqazda vaqe olan müsəlmanlar sükunət
etdiyini bələddə rus lisanında növbənöv məktəblər
təsis olunub, yeddi-səkkiz yaşında balaca balalar
gunagun ülum və fünun təhsil etməyə talib və rağib
olub, pərvanəsifət şəmi-mərifət dövrəsində kəsrəti
iştiyaqdan məqam ehtiraqdadırlar.
Lakin bu nəşvünüma edən gülüstani-səfadə tazə
pərvəriş tapmış növnihalları və şaxeyi-elm və
ədəbdə tərbiyə hasil etmiş qönçə gülləri və müəttər
çiçəkləri gülşəni-islamiyyətə kənardan vaqe olan
ülum və əlsineyi-düvəli-xaricəni kəsb edib dərəceyi-təkmilə
yetirməkdən və xarü xəs misal miləli-əncəbiyyənin
əqaid və arainin tazə göyərib səbz olmuş gül və
giyahə istilasını hər halda nəzərdə tutub müharisət
və mühafizət etmək lazım, bəlkə vacibdir. Tainki
cüzi tərpətməklə gülşəni-islamiyyət və mədəniyyətə
xələl yetişib bilmərrə ayaq altında paymal olmasın.
Şeyx Sədinin bu neçə əbyatı münasibi-hal görünür:
Təzə kök atan ağac bu gün çox zəif olar,
Azacıq güclü bir əl onu yerdən qoparar.
Başına buraxsan bir müddət, fikir verməsən,
Dünya yığılsa belə kökdən çətin sarsıdar.
Suyu başdan bel ilə kəsmək heç çətin deyil,
Su artsa fillə keçmək olmaz, hər keçən batar.ı
Filvaqe mülahizə məqamında əvvəl tüfuliyyətdən
göz açmamış vino, pivə, süd, su içkidir deyib
təhsilə məşğul olan müəllimin əvvəlcə şəriətdən
müttəle olmamaq səbəbinə axırda şürb-əlyəhud olub,
islamiyyət aləmindən bixəbər qalmağına heç məzəmmət
və məlamət yeri yoxdur:
Bu gün öldür düşməni, bacarığın əgər var,
Qığılcım alov olsa bir dünya onda yanar.
Pəs bu surətdə əbnayi-vətən üçün lazımdır ki,
əvvəlcə vətən dili olan türk dilini bəzi ruznaməcat
və məktubat oxumaqdan ötrü öyrənmək və saniyən
fars dilini bir para əhadis və əxbarın məzmununa
aşina olmaqdan ötəri oxumaq və salisən ərəb lisanını
Quran-məcidin mənasına müttəle olmaqdan ötrü təhsil
etmək və rabeən rus dilini ki, dövlət əliyyə imperatoru
da təfhim və təfəhhümdən ötrü bəzi məvariddə həqiqət
cümleyi-ləvazimatdan ədd olunur kəsb etmək lazım
və lərkardır. Və əgər nəzərə alınsa cədidül-ixtira
elmlər Qafqaz şöbəsində rus dilindən maəda məzburətül-fövq
dillərin heç birində yazılıb dərc olunmayıb, fəqət
fikri-bihudə və xəyali-bimənidir, çünki türk dilində
osmanlıca nəzərdə olan ülumi-mütənnəvveə kəmayənbəci
mütəəddid kitablarda mündəric və məzbutdur. Pəs
bu halda alayiqi-insaf və şayan mürvətdir ki,
on il, bəlkə ziyadə təhsil etmiş əşxas görürsən
türk dilində yazılmış “Şərqi-Rus” ruznameyi-mübarəkəsindən
iki sətir oxuyub məzmunundan müttəle olmaqdan
aciz və bir neçə kəlmə vətən dilində mətləb əda
etməkdə qasirdir. Və gah-gah əxzruyi-təfənnün
güzarları məsacid və mənabirə düşüb, üləmayi-əlamdan
bəzi mətalib və təhqiqat eşidib mənasını anlamayan
surətdə babətindən könlündə islamiyyətə olan cüzi
şövq və rəğbəti də kəsilir. (Əl-mərü ədüvvün limo
çəhiləhd - kişi bilmədiyi şeyə düşməndir.) Və
bəzi bisavad mollalardan sadə ləfzlər ilə əqlimizə
sığışmayan zəif rəvayətlərdən eşidib məsciddən
çıxanda əsnai söhbətdə onun sözlərini özü üçün
əsbabımıza və mayei-istehza qərar verir və bir
para müridlərə bu müsəlman oğlu müsəlman, müsəlman
millətinin və əbnayi-vətənin halına yanıb, tərəqqi
və təməddün fikrində olur. Bir surətdə ki, islamiyyət
nə deməkdir, əbədən ittilai olmayıb, əsla məqami-etinada
bulunmayır.
Rasizadə
(“Şərqi-Rus” qəzeti, 27 avqust 1904-cü il)
|