- 1-
Bir millətin tərəqqi və tədənnisini bilmək üçün
millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini
görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın,
qoca Rusiyanı həyəcana düşürən Yaponiyanın bütün
bu tərəqqiyyati-ciddiyyələri həp ibtidai məktəblər
sayəsindədir.
Türkiyədə əsnayi-inqilabda vüquə gələn müvəffəqiyyətlər,
qılınc parıltısından, qol zorundan ziyadə məktəb
tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə
mədyundur.
Demək ki, bir millətin hər halını tədqiq etmək
üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin
məktəbləridir. Dünyada hər iş, hər hərəkət bir
qanuna, bir rəhbərə möhtacdır. Rahat və məsud
yaşamaq üçün də xüsusi bir məslək, bir iş tutmaq
iqtiza edər. Lakin hər iş sahibi öz işini layiqilə
bacara bilmək üçün bəhərhal qüsurlarını anlayıb,
sənətində mahir olmalıdır, o məharəti bizə öyrədən
şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən
bir tacir mənfəət yerinə zərər görür. Tarixi-ədyan,
fəlsəfədən bilməyən bir xoca hidayət, şəriət yerinə
səfsətə, zəlalət toxumu saçar.
Elmi-ziraətdən başı çıxmayan bir mülkədar, yaxud
əkinçi buğda əkərsə çavdar biçər, həndəsə bilməyən
bir memar qübbə ilə uğraşarkən divarları çatlamış
bulur.
Təlim və tərbiyədən anlamayan bir müəllim tənviri-afkər
edəcək yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət
yerinə rəzalət öyrədir, elm yerinə cəhalət öyrətmiş
olur.
Məktəb təbiətin bir məkəsi-həqiqisidir. Aləmi-təbiətdə
hər nəyə təsadüf etsək, onun ən mükəmməl tarixini,
ən gözəl nümunəsini məktəb sıralarında görə bilərik.
Hasili, hər hansı məsləkə sülük məktəb otağını
ziyarət etmədən müstəğni ola bilmərik. Lakin məktəb
də “məktəb” nam mübəclinə haqqilə layiq olmalıdır.
İndiyə qədər məktəblərimiz bir ətalətxanədən başqa
bir şey deyildi. Hətta nafiz bir nəzərlə tədqiq
edəcək olsaq, o pərişan hal indi belə hökmfərma
olmaqdadır. Bir çox məktəblərdə müəllimlər vaxt
öldürməkdən başqa bir şeyə yaramırlar. Daima şagirdlərdən
miskinanə bir inqiyad, cahilanə bir itaət istərlər.
Dərsləri hərfi-hərfinə tutuquşu kimi əzbərlətməyi
kəndilərincə üsuli-cədid zənn edib öz-özlərini
aldadırlar.
†iddi müəllim çox şərəfli, çox böyük bir adamdır,
əgər üsuli-təlimi və öz vəzifəsini bilirsə; cahil
müəllim çox bayağı, çox aşağı bir insandır, əgər
həddini aşıb təlim və tərbiyə meydanına atılırsa...
Qafqaziyanın yeddi, səkkiz il bundan əvvəlki halı
xatirdədir. Məktəb naminə iki-üç evcik ya var,
ya yox idi. Allaha şükür, bu son zamanlarda ötədə,
bəridə beş-üç məktəbə təsadüf etmək mümkündür
ki, bu da şayan təbrik bir haldır. Lakin təəssüf
ediləcək bir nöqtə varsa, o da bu məktəblərin
necə idarə olunmasıdır. Heyəti-idarənin kimlərdən,
nə növ Ѓzalardan mütəşəkkil bulunmasıdır. Məsala:
bir köydə, bir qəsəbədə, ya bir şəhərdə bir məktəb
təsis etmək üçün ilk öncə bir seçki vüqu bulur.
Təbiidir ki, seçki işi ümumə aid və əksəriyyət
araya tabedir. Rəydə iştirak edənlər isə yüzdə
doxsan beş payı təcrübəsiz, elmsiz, onun-bunun
ağzına baxanlardır. Açıq təbir ilə fanatizm əsirləri,
cəhalət qurbanlarıdır. Yerdə qalan beş nəfər isə
az-çox təlim və tərbiyə işinə vaqif olsa belə,
nə etsinlər?! Əksəriyyət arayə malik olamayıb
yox hökmündə qalırlar. Ən nəhayət, seçki xitam
bulur, bir para mühafizəkarlar əzalığa səlahiyyət
qazanıb, mükəmməl bir idarə vücudə gəlmiş olur.
İndi heyəti-idarə bu səlahiyyət və müvəffəqiyyətlərində
həqirmi?
— Əsla...
Həqiqəti-hal nəzəri-diqqətə alınır isə hamısı
nüfuzlu, mötəmid, xalq arasında özünə məxsus bir
heysiyyətə malik olan adamlardır. Yalnız işin
uyğunsuzluğu məzkur heyətin dərəhdə etdikləri
və mübaşir olduqları iştə həqqilə dərin bir vüquf
və təməyyüzə malik olmamalarıdır. Onun üçün də
təsis edilmiş məktəbə lazım olan fədakarlıqlar
ifa edilməyir. Təlim və tərbiyədə haizi-əhəmiyyət
olan nüqtələr bütün nəzəri-diqqətdən qaçırılır.
Sadə “üsuli-cədid” ünvanilə iktifa edilib, əski,
pozuq müəssisələrdən daha bərbad bir surətdə qarışıb
gedir. Yarım-yamalaq bir nümayişdən başqa heç
bir sağlam nəticəyə müvəffəq olunmayır. Heyətin
ədəmi-isabətindən istifadə edərək bir para cahil,
təcrübəsiz fənni-tərbiyəyə biganə adamlar da dürlü-dürlü
yaltaqlıqlar, iltimaslar sayəsində dərs işlərinə
daxil olub ortalığı zirü zəbər edirlər. Yarınkı
gün qəzetə sütunlarına göz gəzdirirsən; filan
məktəb bağlandı, filan qiraətxanə allahın rəhmətinə
getdi, filan müəssisə qapadıldı. Fəqət neçin?..
Cəhalət!
İran məclisi-milliyyəsinin bugünkü halı hər kəsə
məlumdur, hər işdə bir tərəddüd, hər təşəbbüsdə
bir qətiyyətsizlik görünməkdədir. Biçarə millət
də müvəffəqiyyətsizliklərini düşünərək, ürək oğuşdurmaqdan
başqa bir şey edə bilmir;
Fəqət bais kim?.. Yenə millət özü.
Səbəb nə?.. Yenə cəhalət!
İranlı arxadaşlarımdan birilə İran intixabatı
haqqında dərdləşirdik. Deyir ki, haman intixabat
başlar-başlamaz, görürsən ki, filan şəhərdə, ya
filan köydə xalq bir-birinə girib çıxırlar. Kimi
seçək? Seçməyək? Nəhayət, ya qolu zorba nüfuzlu,
fəqət cahil bir xanı, yainki günü keçmiş, qaimül-meyl,
sai-münəhar ağsaqqal bir xocanı məclisi-milliyyəyə
doğru fırladırlar. İndi bu müstəbid, cahil xan,
yaxud bu mömin, zahid xoca ingilis, rus politikasının
qarşısında nə edə bilər? Təbii heç... Edəcəkləri
bir iş varsa, o da biçarə millətdən ayda bir neçə
yüz tümən məbusluq haqqı naminə cib xərci almaqdır.
Bu hal 34 sənə əvvəl Türkiyə məclisi-məbusanında
da vüqu buldu. Lakin son inqilabda, yəni iki il
əvvəl “İttihad və tərəqqi” cəmiyyəti hürriyyəti
istirdad edər-etməz, seçki məsələsini əsla nəzəri-diqqətdən
çıxarmadılar. Məmləkətin hər tərəfinə dağılıb
cəmiyyət şöbələri təsis etdilər. Söz ilə, dil
ilə, qorxu ilə, xülasə bir istibdai-əhraranə ilə
xalqı, avam camaatı huşlu, başlı, qanlı, canlı,
zəki, fəal məbuslar intixabına vadar etdilər.
Bu üsulun nümunəsini İstanbulda belə görmək mümkün
idi. Fəqət onların bu təşəbbüsatı sayəsində məbusların
üçdə iki payı ancaq məbusluq naminə layiq zatlar
ola bildi. Üçdə bir payı isə yenə “əski tas, əski
hamam!” təbirinə ləyaqət qazananlardır ki, onlar
da bir para dişi düşmüş paşalardan, nüfuzlu mülkədarlardan,
ağlı qaçmış xocalardan və Ərəbistan yadigarlarından
ibarətdir. Məclis işə başladığı zaman diqqət edəcək
olsan, görürsən ki, kimi dışarıda cığara içməklə
məşğul, kimi də məclisin müzakirəsinə ağıl irdirə
bilməyib uyumağa amadə kimi görünür. Gənc qəhrəmanlar
isə hər tərəfdən peydərpey od yağdırırlar, odlu
fikirlər saçırlar. Mövzui-bəhs olan maddələrdə
hər kəs öz hissiyyatını dinləyib istedadına görə
sözə iştirak edir. Hər biri təcrübəli, mühakiməli,
diplomlu olduğu halda, yenə söyləyəcəyi sözlərdə
ixtisas “ispetsializm”ə riayət etməkdən çəkinməyir.
Biri elmi-iqtisadda mütəxəssis və təcrübəkar isə
iqtisad məsələsinə ən çox bəyani-fikir edən o
olur. Biri siyasi isə, siyasiyyata aid bir çox
mütaliat sərd edir. Hasili, müxtəlif işlərdə müxtəlif
əfkara malik olduqları halda “təqsimi-əmal” qanununa
riayət edər, hər kəs öz istedad və ixtisasına
görə söz söyləyər, onun üçün də bütün Avropanın
nəzəri-diqqətini cəlb etdilər. Hürriyyət və heysiyyətə
malik bir millət olduqlarını isbat elədilər. Lakin
bu müvəffəqiyyətlərin başlıca səbəbi “İttihad
və tərəqqi” cəmiyyətinin əl altından yapdığı istibadi-hürriyyətpərvəranədən
başqa bir şey deyildir. Bir qətiyyəti-riyaziyyə
ilə müsbətdir ki, Asiyada Yaponiyadan başqa hər
tərəfə baxsan yüzdən 99 pay avam, bir pay ancaq
iş bilir, maarifdən anlar adamlardır. Rəy məsələsinə
gəldikdə təbiidir ki, qələbə avam, cahil tərəfində
olacaqdır. Cühəla isə elmin fəzilətini və nə yolda
irəliləməsini təqdir edə bilməz, çünki cahildir.
Maarif sevən adam heç bir zaman cahil qalmaz idi,
şübhəsiz, təhsil edib alim olmuş olurdu.
Fəqət indi nə etməli? Hər işimizə müdaxilə edən
də yenə onlar... Yeganə bir çarə varsa hər kəs,
daha doğrusu, gözü açıq adamlarımız insafı araya
qoymalı. Şəxsiyyətdən, qərəzkarlıqdan vaz keçməli,
hər işi iş sahibinə tapşırmalı. Hər seçkidə də
yuxarıdakı istibadi-əhraranəyi unutmamalı və hər
işdə, hər təşəbbüsdə ixtisas və istedadı nəzəri-diqqətə
almalıdır.
Sözümüz çox uzun sürdü. Hardan başladıq, harda
bitirdik. Yazmış olduğum bu dağınıq fikirlər xəyalımda
belə yox idi. Təlim və tərbiyəyə aid bir neçə
sətir yazmaq istərkən dağdan-daşa, dərədən-təpəyə
düşdük. Fəqət hər məktəbin ilk əsası onun təsisindən
və heyəti-idarəsindən başladığı üçün yenə faydasız
çıxmaz zənn edirəm. İnşallah gələcək nömrələrdə
bir neçə dəfə təlim-tərbiyə haqqında həsbi-hal
edərik.
|