Sən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!
Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Uzaqdan pək gözəlsin, mənzərən pək tatlı,
pək dilbər,
Məhəbbət yoq təqərrübdə, şu məhrəkdən saqın,
şaşma!
Təfərrücgahın ey səyyari-ülvi, pək geniş...
yüksəl!
Bu alçaq yer sana layiq deyil, yüksəl, yaqın
gəlmə!
Münəvvər saçlarınmış sanki zəhralud bir məşəl,
Yaqarmış xəlqi!.. Hər kəs qorquyor, uç get,
saqın gəlmə!
Bizim torpaqda naməqbul olur biganələr daim,
Onunçün sevməz insanlar səni, hər kəsdə nifrət
var.
Məramın qəhr isə, get! Onları təsmim edər
daim,
Şu ərz üstündə yüz binlərcə geysudar yıldızlar.