Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ

ŞEYX SƏNAN

Qeyd

“Şeyx Sənan” mövqe-tamaşaya qoyulduğu zaman ikinci pərdənin birinci səhnəsi ilə ikinci səhnəsi bir yerdə təmsil edilir.
Üçüncü pərdənin ikinci səhnəsi ilə sondakı əlavə isə bütün-bütünə atılır.


ƏŞXAS

Şeyx Kəbir — fəzilət və ürfanilə, irşad və ictihadilə məşhur, ağsaqqal və nurani bir mürşid.
Şeyx Əbuzər — Şeyx Kəbirin ailəsinə məhrəm, ev işlərinə nəzarət edən bir ixtiyar.
Zəhra — Şeyx Kəbirin qızı.
Əzra — Zəhranın rəfiqəsi, Şeyx Əbuzərin qızı.
Şeyx Sənan — otuz yaşında, xoşsima bir tələbə.
Şeyx Hadi
Şeyx Sədra
Əbülüla
Şeyx Mərvan — təkgözlü, ortayaşlı bir şəxs.
Şeyx Nəim — Şeyx Mərvanın məsləkdaşı.

Şeyx Əbülləhyə
Şeyx Cəfər

Oğuz
Özdəmir

Dərviş — nurani bir ixtiyar.
İki kor ərəb, dəvəçi, mələklər, sair şeyxlər və müridlər.
Xumar ( Tamara) — olduqca gözəl və məsum ruhlu bir gürcü qızı.
Nina - Xumarın rəfiqəsi.

Anton
Simon

Platon — Xumarın atası.
Serqo — Platonun xidmətçisi.
Papas — sağlam vücudlu, mühib simalı bir keşiş.

Sair dəliqanlılar, qızlar və çocuqlar...
Şeyxlər və müridlər — ərəb qiyafətində; gürcülər isə əski gürcü qiyafətindədirlər.



BİRİNCİ PƏRDƏ

I SƏHNƏ


Mədineyi-münəvvərədə, Şeyx Kəbirin evində üləmayə məxsus bir qəbul odası... Odanın iki qapısı, üç-dörd pəncərəsi var. Qapının biri Şeyxin hərəmxanəsinə açılır. Pəncərələrdən ikisi xurmalıqdan ibarət gözəl bir bağça ərz edər.

Pərdə açıldıqda, Şeyx Əbuzər odanın bir guşəsində ikindi namazını bitirmiş, əlləri və üzü göyə doğru duaya məşğul görünür.

Zəhra

(Əzra ilə bərabər hərəmxanə qapısından daxil olaraq)

Şeyx, ya şeyx!

Əzra

Şeyx!

Şeyx Əbuzər

(niyazkar)

Ya allah!

Zəhra

Mənə bax...

Şeyx Əbuzər

(mütəvəkkil)

La ilahə illəllah!

Zəhra

(yaxlaşaraq)

Şeyx Əbuzər!

Şeyx Əbuzər

(dönərək)
Nədir, qızım? Şeyx Sənanın yaxın arxadaşları.
Zəhra

Əlan,
Bir xəbər yoxmu Şeyx Sənandan? orta yaşlı, iki zahidməslək arxadaş. Fəqət Əbülləhyənin saqqalı aşırı dərəcədə uzundur.

Şeyx Əbuzər

İki-üç dəfə getdim evlərinə... iki gürbüz dəliqanlı.

Zəhra


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 |