Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ


Birinci məmur

Gedəlim.

(iki-üç addım gedər, təkrar dönərək)

Ey, mənə bax!..
Yox o xainlər için qurtulacaq.
Kim tutub versə, mükafat alacaq.
Az deyil, iştə yüz altun... Düşünün
Bunca sərvət ələ düşməz hər gün.

(Gedərlər.)

İkinci məzarçı

Böylə fürsət ələ keçməz gerçək.

Birinci məzarçı

(onun başına bir yumruq vurar)

Sən öküzsən, buna yox bir deyəcək.
Bizə altunmu verərlər? Şaşqın!
Dağılıb cinləri xaqanımızın
Yenə Sabbahı bağışlar er-gec,
O zaman sən yaşamaqdan vaz keç.

Sabbah
(Əbu Tahirlə arxadakı boş məzardan)

Kimdir onlar?
Birinci məzarçı

İki azğın məmur...

Sabbah

Nə deyir?

Birinci məzarçı

Sizləri izlər də durur.
Söyləyir, onlara yox qurtulacaq.

İkinci məzarçı

Görsələr məhv edəcəklər.

Əbu tahir

Sarsaq...

Sabbah

(hər birinə ikişər altun verər)

Al, saqın, kimsəyə bildirmə bizi.

Birinci məzarçı

Bu nə mümkün... Bilirik həddimizi.

Əbu Tahir

Gedəlim.
(Uzaqlaşırlar.)

Sabbah

Gəl, buradan qurtulsam,
Məni həqqilə tanır Xacə Nizam.

Birinci məzarçı

(qafasını sallayaraq oxur)

Biri izlər, biri dəhşətlə qaçar,
Biri dovşan, biri qızmış canavar.
Üç qarış torpaq ikən son yatağın,
Bu didişmək nəyə lazım bu qadar.

Pərişan qiyafətli, başı açıq, saçları dağınıq, yarım sərxoş, əlində bir dəsti - Xərabati onlara yaxlaşır.

İkinci məzarçı

İştə, bir səndələyən canlı məzar,
Hər gün etməkdə bizim səmtə güzar.
Qaldırıb dün o şərab dəstisini
Sayğısız, az qala vurmuşdu məni.

Birinci məzarçı

Saqın, əsla ilişib durma, qızar,
Onda çılğınlığa bənzər hal var.

(Çalışırlar.)

Xərabati

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 |